"Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvilinin ABŞ sanksiyaları altında biznesini idarə etməsi çətin olacaq".
Milli.Az xəbər verir ki, bunu keçmiş amerikalı diplomat Daniel Frid deyib.
Onun sözlərinə görə, Avropa ABŞ-ın İvanişviliyə qoyduğu sanksiyaları pozmayacaq:
"Hazırda Gürcüstan hökuməti ilə xalqı arasında uçurum var. Hökumət yeni qanunlarla nümayişləri faktiki qadağan edir. Bu qanunlar Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin "Maydan" hərəkatı öncəsində qəbul etdiyi qanunlara çox oxşayır. Biz bənzər konfrontasiyaları görmüşük, amma bunun necə bitəcəyini bilmirəm".
D.Frid bildirib ki, İvanişvili ABŞ-da administrasiya dəyişikliyindən sonra ona qarşı siyasətin də yumşalacağını düşünürsə, yanılır.
Frid düşünür ki, əgər yeni seçilmiş Prezident Donald Tramp hazırkı Ağ Ev rəhbəri Co Baydenin İvanişviliyə tətbiq etdiyi sanksiyaları ləğv edərsə, zəif tərəf kimi qəbul olunacaq. //Globalinfo.az
Milli.Az