Şamaxıda 49 yaşlı kişi dəm qazından boğularaq ölüb. Manset.az-ın məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1976-cı il təvəllüdlü Hüseynov Zülfüqar Əşrəf oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.