"Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır, çünki bu, milli təhlükəsizlik və “azad dünyanın” müdafiəsi, o cümlədən Çin və Rusiyadan qorunmaq üçün strateji əhəmiyyət kəsb edir".
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Amerikanın yeni seçilmiş lideri Donald Tramp deyib.
“Bizə milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiya lazımdır. Bunu mənə namizədliyini irəli sürməzdən xeyli əvvəl demişdilər. Əgər belədirsə, o zaman onlar Qrenlandiyadan imtina etməlidirlər, çünki azad dünyanı qorumaq üçün ona ehtiyacımız var”.
Trampın sözlərinə görə, adada təxminən 45 min insan yaşayır, onların özləri də Danimarkanın əraziyə qanuni olaraq sahiblik etmək hüququna malik olub-olmadığını bilmirlər. O, Rusiya və Çinin Arktika regionunda təsirini artırdığını vurğulayıb. Tramp əlavə edib ki, Rusiya və Çin gəmiləri hər yerdədir və onları aşkar etmək üçün durbin lazım deyil.
Xatırladaq ki, Tramp bir qədər əvvəl Kanadanı ABŞ-nin 51-ci ştatı olmağa çağırmışdı.