"Arvadının 1-ci ərindən 3 uşağı, 7 nəvəsi var; Makronsa Ermənistanın keşiyində dayanıb..."
İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Fransanın prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı son açıqlamalarını tənqid edib. O, Makronun 2020-ci ildə Türkiyənin Daily Sabah saytına verdiyi açıqlamanı xatırladıb və həmin dövrdə yayımlanmış məqaləni gündəmə gətirib.
Həsənli bildirib: “2020-ci ilin 30 sentyabrında Türkiyənin ‘Daily Sabah’ saytında ‘We won’t accept Azerbaijani control in Nagorno-Karabakh, Macron says’ (Biz Dağlıq Qarabağ üzərində Azərbaycanın nəzarətini qəbul etməyəcəyik, Makron deyir) adlı məqalə gedib.”
Jurnalist qeyd edir ki, Emmanuel Makronun həmin açıqlaması onun Ermənistan siyasətindəki mövqeyini aydın göstərirdi. O dövrdə Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağla bağlı güzəşt etməyəcəyini bəyan edirdi. Lakin hazırda vəziyyət dəyişib.
“İndi isə Nikol Paşinyan xalqına Yeni İl müraciətində Dağlıq Qarabağın adını belə çəkmədi. Ermənistan üçün artıq bu məsələ bitib. Fransa nə edə bilər ki?” — deyə Həsənli vurğulayıb.
Makronun şəxsi həyatı da müzakirədə