AZ

Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - FOTO

Kahramanmaraşda suvenir satıcısı Feyza Çayır atasına zarafat etmək üçün hazırladığı çay formalı şamlarla yeni bir biznes quraraq dolanışıq mənbəyi əldə edib.

Milli.Az xəbər verir ki, Feyza Çayır  şəxsi dükanında çay formalı şamlar sataraq gəlir əldə edir.

Feyza Çayır bu işə atasına etdiyi bir zarafat sayəsində başladığını bildirib:

"Atam çay aludəçisidir, hətta çayı qazanda içir. Ona zarafat etmək üçün çay stəkanına bənzəyən bir şam hazırladım. Gözləmədiyim halda bu dizayn böyük maraq gördü".

Çay formalı şamlar qısa zamanda Feyza Çayırın əsas gəlir mənbəyinə çevrilib. O, müştərilərinin bu şamları maraqlı vizuallığına görə aldığını deyir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
1
milli.az

10Mənbələr