AZ

"Trampın Kanada ilə bağlı sözlərində, bəlkə də məntiq var" - Ölkə başçısı

"Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz?".

"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq", - deyə dövlət başçısı qeyd edib. 

Seçilən
42
50
unikal.az

10Mənbələr