AZ

Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 2404 ünvanında fəaliyyət göstərən "Beer Muxtar By Ares Pub Restaurant" MMC-yə məxsus "Beer Muxtar" ictimai iaşə obyektində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırılma əlamətləri olan 11 ədəd 0.5 litrlik, 2 ədəd 1 litrlik "Absolute" əmtəə nişanlı və 3 ədəd 0.7 litrlik, 1 ədəd 0.5 litrlik "Finlandia" əmtəə nişanlı araq, 7 ədəd 1 litrlik "Jameson" əmtəə nişanlı viski aşkarlanıb.

İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib. Həmin alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib. Bununla da həmin məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
12
milli.az

10Mənbələr