AZ

Bir metrdən uzun dırnaqları olan qadın internetdə viral oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"TikTok" sosial şəbəkəsində "nailsbyry" istifadəçi adı ilə tanınan və viral olan Maryah adlı qadın qeyri-adi uzun taxma dırnaqları ilə gündəlik həyatını necə yaşadığından danışıb.
Bu barədə Oxu.Az sondakika.com-a istinadən xəbər verir.
Bədəni qədər uzunluğundakı dırnaqlarında 156 bəzək olan Maryah 4 övladına baxmaqda, yemək bişirməkdə çətinlik çəkmədiyini bildirib. Dırnaq ustası olan qadın mətbəxdə yemək qarışdırdığı zaman belə dırnaqlarından istifadə etdiyini söyləyib.
"Yeni doğulan körpəmə belə bu dırnaqlarla baxa bilirəmsə, başqa nə edə bilmərəm ki?", - deyə o bildirib.
"İnsanlar həmişə dırnaqlarımın ağır olub-olmadığını və işlərimi necə gördüyümü soruşurlar. Əslində bir müddət sonra barmaqlarınız güclənir və heç bir ağırlıq hiss etmirsiniz", - deyə Maryah qeyd edib.
Qadının bununla bağlı videosu 1.3 milyon dəfədən çox izlənilib. Videonu izləyənlər onun dırnaqlarının altındakı tünd rəngdə maddəni görüb və gigiyena ilə bağlı suallar ünvanlayıblar. Maryah bu suallara dırnaq təmizləmə fırçası və sabundan istifadə etməklə dırnaqlarını necə təmizlədiyini göstərən video ilə cavab verib.
O, şəxsi gigiyenasına necə əməl etməsi sualına da aydınlıq gətirib. Bildirib ki, lazım gəldikdə, bacısından kömək alır.
Seçilən
53
50
oxu.az

10Mənbələr