AZ

Hakan Fidandan Suriyadakı terrorçulara xəbərdarlıq

Xarici İşlər Naziri Hakan Fidan televiziyada verdiyi açıqlamada, "PKK/YPG terror təşkilatı Suriyadan çıxmasa, hərbi əməliyyat keçirəcəyik," deyə bildirib.

Fidan sözlərini belə davam etdirib: "Türkiyənin əməliyyat keçirməsini istəmirlərsə, şərtlər aydındır. PKK rəhbərliyi və bütün heyətləri Suriyanı tərk etməlidir. Ancaq buna dair hazırlıq və ya niyyət görmürük."

CNN Türk televiziyasında yayımlanan "Tarafsız Bölge" proqramında danışan Fidan əlavə edib ki, "Digər ölkələrdən gələn terrorçuların da Suriyanı tərk etməsi lazımdır."

Suriyaya etdiyi səfərin necə keçdiyi barədə danışan Fidan, "İdlib tərəfinin vəziyyətinin yaxşı olduğunu, ancaq Hama, Homs və Şam ətraflarına qədər böyük dağıntıların olduğunu" vurğulayıb.

Fidan həmçinin, Əsəd rejiminin devrilməsindən sonra ölkənin faktiki liderinə çevrilən Əhməd əş-Şərə (əvvəlki adı ilə Məhəmməd Colani) ilə də görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
1
olaylar.az

10Mənbələr