ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək planları fonunda Panamanın bu kanal üzərində suverenliyi müzakirə mövzusu deyil.
CNN -nin yaydığı məlumata görə, bunu ölkənin xarici işlər naziri Xavyer Martinez-Aça Vaskes deyib.
"Kanalımızın suverenliyi müzakirə olunmur... Kanalımızın missiyası bəşəriyyətə və onun ticarətinə xidmət etməkdir”, - deyə o vurğulayıb.
Xarici işlər naziri əlavə edib ki, kanal yalnız panamalılar tərəfindən idarə olunur və bu, gələcəkdə də belə qalacaq.
Xatırladaq ki, yanvarın 7-də Tramp Panama kanalının ABŞ-nin nəzarətinə verilməsi məsələsi ilə bağlı Panama rəsmiləri ilə danışıqlara başladığını bəyan etmişdi.
Trampın sözlərinə görə, Panama hakimiyyəti ABŞ hakimiyyətinə digər ölkələrin gəmilərindən daha çox donanma üçün pul tələb edir.
Tural