Əmtəə birjasında qızıl və gümüş ucuzlaşıb.
Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0.20% azalaraq 2660,20 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.25% azalaraq 30.64 ABŞ dollarına bərabər olub.
Müəllif: Teleqraf.com