Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada – Eritreya sahillərində saxlanılıb.
Azia.az bloqu xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistan yarımadası istiqamətinə yola çıxdığı, havanın küləkli olması səbəbindən Eritreyaya yönəldiyi bildirilir.