AZ

Dəmir parçası ilə döyülən qadın xəstəxanada VƏFAT ETDİ

Sumqayıtda qonşusu tərəfindən dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt Tibb Mərkəzi yayıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, yaralı bu gün saat 08:00 radələrində müalicə aldığı xəstəxanada həyatını itirib.

Bizim.Media

Seçilən
14
1
bizim.media

10Mənbələr