AZ

İsrail ordusu 7 oktyabrda ölkəyə hücum edən HƏMAS üzvlərinin öldürüldüyünü açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail ordusu 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edən HƏMAS üzvlərinin yerini müəyyən edərək onlara zərbələr endirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubunda Xan Yunisə endirilən zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə 2023-cü il oktyabrın 7-də İsrail ərazisində dinc əhalinin qətliamında iştirak edən terrorçuları məhv edib", - deyə bəyanatda bildirilib.
Əməliyyatın hərbi kəşfiyyat və Şin Bet tərəfindən verilən kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi iddia edilir.
Seçilən
5
50
oxu.az

10Mənbələr