AZ

Tibetdə ölənlərin sayı 126-ya yüksəlib

Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələdə həyatını itirənlərin sayı 126-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra 515 afterşokun yaşandığı bildirilib. Səlahiyyətlilər zəlzələdə həyatını itirənlərin sayının 126-ya, yaralıların sayının isə 188-ə çatdığını qeyd edib.

Bildirilib ki, mərkəzi hökumət tərəfindən göndərilən 5800 çadır, pambıq paltar və yorğan zəlzələ bölgəsinə çatdırılıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə müəssisə və fondlar tərəfindən verilən ərzaq, soba, elektrik yorğanı, papaq və əlcək kimi zəruri materiallar da rayona göndərilib.

Seçilən
22
sia.az

1Mənbələr