AZ

Cənubi Koreyada ölümcül təyyarə qəzasının səbəbi dəqiqləşib

Dekabrın 29-də Cənubi Koreyanın Muan hava limanında eniş zamanı qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin qəza səbəblərini araşdıran ekspertlər mühərrikdən quş sürüsü ilə toquşmanın izlərini aşkarlayıb.

Olaylar xəbər verir ki, bu barədə "SkyNews" məlumat yayıb.

Məlumata görə, Bankok- Muan reysi ilə uçan "Jeju Air" hava yollarına məxsus sərnişin təyyarəsinin eniş zolağından çıxaraq divara çırpılması nəticəsində güclü partlayış və ardınca yanğın baş vermişdi. 175 sərnişin və altı ekipaj üzvündən yalnız 2 nəfər sağ qalmışdı.

Bundan başqa, ölkənin nəqliyyat naziri Park Sanq-Vu baş vermiş fəlakətə görə ağır məsuliyyət hiss etdiyini bildirərək yaxın zamanda istefa verəcəyini açıqlayıb.

Nazir istintaqda iştirak edən aparıcı ekspertin hadisə yerindəki təyyarə dağıntılarından götürülmüş mühərrikdən quş sürüsü ilə toquşmanın izlərinin aşkarladığını diqqətə çatdırıb. O, eyni zamanda kənardan çəkilmiş videogörüntüdən quş sürüsünün təyyarənin mühərrikinə daxil olmasını sezmək mümkün olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
3
olaylar.az

4Mənbələr