Müğənni Yeganə Mürsəlovanın Türkiyə vətəndaşı olan həyat yoldaşına qardaş ölkədə yüksək vəzifə verilib.
XALQ.AZ titul.az-a istinadən xəbər verir ki, tanınmış müğənninin həyat yoldaşı Fatih Akbudak İstanbulda Şişli bələdiyəsinin sədri təyin edilib.
Yeganə bu faktı sayta təsdiq edib. O bildirib ki, həyat yoldaşı buna kimi də Türkiyədə 8 ildir ki, dövlət məmuru olub.