AZ

AZAL bugünkü Bakı-Kazan reysini ləğv etdi

AZAL bugünkü Bakı-Kazan reysini ləğv etdi

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.Bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.“Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq”, - açıqlamada vurğulanıb.

Seçilən
21
49
afn.az

10Mənbələr