Milli Məclisin bir qrup deputatı Səudiyyə Ərəbistanında, Ümrə (Kiçik Həcc) ziyarətindədirlər.
Sitat.info Müsavat.com-a istinadən bildirir ki, bu barədə deputat Rəşad Mahmudov sosial şəbəkə hesabında paylaşımlar edib. Millət vəkili “Əziz dostlar, dəyərli həmvətənlər! Hamınız üçün ürəkdən və təkrar təkrar dua etdik...” yazıb. Məkkədən paylaşılan videokadrlardan aydın olur ki, ziyarətçilər arasında Milli Məclisin digər üvləri Fazil Mustafa, Səməd Seyidov və Cavanşir Paşazadə də var.