AZ

Məşhur aviaşirkət Soçi və Mineralnıye Vodıya uçuş məhdudiyyətlərini uzadıb

Əmirliyin aşağı büdcəli “Flydubai” aviaşirkəti yanvarın 22-dək Soçi və Mineralnıye Vodıya müntəzəm reysləri ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a aviaşirkətin nümayəndəsi məlumat verib.

Aviaşirkətin açıqlamasında bildirilir ki, “Flydubai” aviaşirkətinin Dubay Hava Limanı (DXB) ilə Mineralnıye Vodı (MRV) və Soçi (AER) hava limanları arasında uçuşları əməliyyat səbəblərinə görə 22 yanvar 2025-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb.

"Flydubai" sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması variantları ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə və ya müvafiq turizm agentinə müraciət etməyi tövsiyə edib.

İlkin olaraq aviaşirkət dekabrın 28-dən yanvarın 2-dək Soçiyə, dekabrın 27-dən yanvarın 3-dək isə Mineralnıye Vodıya reysləri ləğv edib. Daha sonra Əmirliyin aşağı büdcəli aviaşirkəti Rusiyanın hər iki şəhərinə uçuş məhdudiyyətini müvafiq olaraq 8 və 9 yanvara qədər uzadıb.

Seçilən
15
ucnoqta.az

1Mənbələr