Qanunsuz mərc oyunlarının araşdırılmasında bir-birinin ardınca yeni inkişaflar baş verir. Maltada konserti zamanı arxasındakı LED ekrana qanunsuz mərc saytı reklamı yerləşdirən sosial media fenomeni Kerimcan Durmaz həbs edilib. Durmaz dindirilməsi zamanı 10 min avroya DJ kimi çıxış etdiyini açıqlayıb və sözügedən reklamdan xəbəri olmadığını bildirib.
News24.az xəbər verir ki, Mehmet Ali Erbilin ardınca Serdar Ortaç və sosial medianın məşhurları, sosial media fenomeni Kerimcan Durmaz və aktyor Atakan Yılmaz da saxlanılıb.
İki ad həbs tələbi ilə məhkəməyə sövq edilib.
Qeyd edək ki, məhkəmə Kərimcanın həbsinə qərar verib. Yılmazın əməliyyatları davam edir. İş adamı Sadettin Saranın xaricə səyahətinə qadağa qoyulmasına qərar verilib.
Günel Məlikzadə