AZ

Bakıda tikiləcək 10 yeni metrostansiya bu ərazilərdə olacaq

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

Foto: Prezident İlham Əliyevə təqdim edilən metronun inkişaf planı

Yerdə qalan 4 stansiyanın “Yaşıl xətt” üzrə tikilməsi nəzərdə tutulub. Tikintinin başa çatmasından sonra “Xətai” stansiyası “Həzi Aslanov”la birləşəcək.

Konseptual sxemə görə, “Yaşıl xətt” Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməklə, ümumi uzunluğu 41,8 km olacaq . Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Müxtəlif texniki həllərdən asılı olaraq 10 stansiyanın tikintisi üçün 3.8-4 milyard dollar investisiya lazımdır. Layihənin gözlənilən 3 əsas təsiri var:

Seçilən
35
16
publika.az

10Mənbələr