AZ

BƏƏ-nin aviaşirkəti Soçi və MineralnıyeVodıya uçuşların dayandırılması müddətini uzadıb

“Flydubai” (BƏƏ) aviaşirkəti Dubaydan Mineralnıye Vodı və Soçiyə uçuşların dayandırılması müddətini yanvarın 22-dək uzadıb.

Bu barədə şirkətin nümayəndəsi "İnterfaks" agentliyinə bildirib.

"Texniki səbəblərə görə “Flydubai” aviaşirkətinin Dubay Beynəlxalq Hava Limanı ilə Mineralnıye Vodı və Soçi hava limanları arasında uçuşları 22 yanvar 2025-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb", - o bildirib.

Daha əvvəl aviaşirkət dekabrın 28-dən 2025-ci il yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri ləğv etmişdi.

©Report

Seçilən
15
4
valyuta.az

5Mənbələr