Ajans.az xəbər verir ki, bu barədə institutun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
“Makkeyn İnstitutunun Kissincer Təqaüdçüsü kimi Zurabişvili öz geniş diplomatik, liderlik və siyasi təcrübəsindən yeni seçkilərə və ölkəsinin demokratik inkişafına təkan vermək üçün istifadə edəcək”, - Gürcüstanın keçmiş liderinin yeni iş yerinin elanında qeyd edilib.
Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkasın sözlərinə görə, Salome Zurabişvili “siyasi cəsarət və dövlət idarəçiliyi ideallarını” təcəssüm etdirir. O, həmçinin onun Gürcüstanda demokratik dəyərləri qorumaq əzmini, eləcə də ölkəni demokratikləşdirmək üçün gələcək mümkün səylərini qeyd edir.