AZ

"ChatGPT"nin rəhbəri ilə bağlı qalmaqal: Bacısı onu cinsi təcavüzdə ittiham etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"OpenAI"ın rəhbəri və "ChatGPT"nin yaradıcısı Sem Altman bacısının ona və ailənin digər üzvlərinə qarşı təcavüz ittihamı ilə məhkəməyə müraciət etdiyini bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNBC telekanalı xəbər yayıb.
Bildirilib ki, Enn Altman ailəni 1997-2006-cı illər arasında seksual zorakılıqda ittiham edib. Onun sözlərinə görə, üç yaşından təcavüzə məruz qalıb.
Ennin sözlərinə görə, zorakılıq həftədə bir neçə dəfə baş verirdi.
Bu, bacısının Sem Altmana qarşı ilk belə ittihamı deyil, lakin əvvəllər o, məhkəməyə müraciət etmək əvəzinə sosial şəbəkələr vasitəsilə bəyanatlar verməyə üstünlük verib.
Enn, həmçinin qeyd edib ki, seksual zorakılıq uzunmüddətli depressiyaya səbəb olub.
İddiada andlılar məhkəməsinin keçirilməsi tələb olunur və kompensasiya olaraq 75 min dollar tələb edilir.
"OpenAI"ın rəhbəri bütün ittihamları rədd edir. O, anası Konni və qardaşları Cek və Maksla birlikdə iş üzrə bəyanat hazırlayıb.
"Enn ailəmiz, xüsusilə də Sem haqqında dərin incidici və tamamilə yalan bəyanatlar verib. Biz onun və öz şəxsi həyatımıza hörmət edərək ictimai cavab verməməyi qərara aldıq. Lakin indi o, Semə qarşı məhkəmə iddiası qaldırıb və biz bunu həll etməkdən başqa seçimimizin olmadığını düşünürük", - deyə sənəddə qeyd edilib.
Bəyanatda, həmçinin Ennin psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyi, ənənəvi müalicədən imtina etdiyi və səmimi kömək etməyə çalışan ailə üzvlərinə hücum etdiyi vurğulanıb.
Seçilən
15
50
oxu.az

10Mənbələr