Bildiyimiz kimi Azərbaycana qripə qarşı xüsusi vaksinlər gətirilib.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, risk qrupuna daxil olan insanların müraciəti əsasında vaksinasiya prosesi həyata keçirilir və belə müraciət edən insanların sayı artmaqdadır.
O həmçinin qeyd edib ki, qripə qarşı immun sistemini düzgün saxlamaq üçün sağlam qidalanmaya keçmək, istirahət etmək və hava temperaturuna uyğun geyinmək lazımdır.