AZ

BTQ rəhbəri: Fransanın ittihamlar səsləndirməkdənsə, öz xarici siyasətinə diqqət yetirməsi yaxşı olar

Fransa hökumətinin Bakı Təşəbbüs Qrupuna qarşı ittihamlar səsləndirməkdənsə, öz xarici siyasətinə diqqət yetirməsi yaxşı olar.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Makron hökumətinin üzərinə məsuliyyət düşür, neokolonializmə son qoymalıdırlar:

"Prezident İlham Əliyev dünyada dekolonializm prosesinə ən böyük töhfə verən liderlərdəndir. Dövlət başçısının neokolonializmlə mübarizədəki qətiyyəti belə bir siyasət aparanların məkrli niyyətini ifşa edir. Ona görə də onlar belə hesabat hazırlamağa çalışıblar. Fransa beynəlxalq hüququ dəstəkləyirsə, eyni zamanda müstəmləkəçilik siyasətini necə davam etdirir?"

Seçilən
42
1
report.az

2Mənbələr