Türkiyəli sosial media fenomeni, müğənni Kerimcan Durmaz həbs olunub.
Konserti zamanı qanunsuz mərc oyunlarını reklam etməkdə ittiham olunan Kerimcan məhkəmə qarşısına çıxıb.
O, məhkəmədə mərc oyunu reklamından xəbərsiz olduğunu bildirib.
Lakin məhkəmə onun həbsinə qərar verib. Fenomen məhkəmədən sonra həbsxanaya göndərilib.