AZ

Xarici işlər nazirinin müavini ABŞ səfirliyində olub, Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb

Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-nin keçmiş Prezidenti Cimmi Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.
APA xəbər verir ki bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
“Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan xarici işlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla hər kəsə təşəkkür edirik”, - məlumatda qeyd edilib.
Seçilən
11
7
sherg.az

10Mənbələr