AZ

De Bruyne ABŞ klubuna keçə bilər

İngiltərənin "Mançester Siti" komandasının belçikalı futbolçusu Kevin De Bruyne ABŞ-ın "San Dieqo" klubuna keçməyə yaxındır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.

Bu il MLS-də debüt edəcək komanda misirli iş adamı Məhəmməd Mansura məxsusdur. İspaniya millisinin sabiq futbolçusu Xuan Mata da klubun ortaq sahibidir.

Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm 18 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
37
9
unikal.az

10Mənbələr