AZ

Belarus Ukrayna ilə sərhədə qoşun yığdı

Belarus Ukrayna ilə sərhəd yaxınlığında hərbi təlim keçirir. Təlim yanvarın 31-dək davam edəcək.

Bu barədə Oxu.Az Belarus Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Belarus MN-in məlumatına görə, yanvarın 8-dən 31-dək Qomel vilayət icraiyyə komitəsi sədrinin rəhbərliyi ilə ərazi qoşunlarının hərbi qulluqçuları təlim-məşq toplanışı keçirilir.

"Belaruski Qayun" "Telegram" kanalının məlumatına görə, Belarusdakı təlim-məşq toplanışı zamanı ehtiyatda olan hərbçilər də çağırılır.

Qeyd edək ki, Qomel vilayəti Belarusun 2025-ci ildə nüvə müdafiəsi üzrə təlimlərin keçiriləcəyi ilk bölgəsi olub. Ərazi Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir.

Mənbə: oxu.az

Seçilən
37
5
oxu.az

10Mənbələr