AZ

Benzinlə işləyən avtomobillər arasında ən etibarlı maşın markası məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2021-ci ildə istehsal olunan "Toyota Aygo X" krossoveri benzinlə işləyən avtomobillər arasında 100 faiz maksimum etibarlılıq balı alıb.
Oxu.Az xəbər verir ki, bu barədə 30 mindən çox avtomobil sahibinin iştirak etdiyi araşdırmaya istinadən "Whatcar" nəşri məlumat yayıb.
Qeyd olunur ki, son 24 ay ərzində "Toyota Aygo X" sahibləri heç biri nasazlıqlardan şikayət etməyiblər. Həmçinin dilerlərə də son iki il ərzində sürücülərdən şikayət daxil olmayıb.
İkinci yerdə 2017-2024-cü illər arasında istehsal olunmuş "Kia Picanto" hetçbeki qərarlaşıb. Onun etibarlılıq reytinqi 99,3% təşkil edib.
Üçüncü yeri 99,3% reytinqlə "Porsche Boxster" sportkarı tutur.
Seçilən
16
7
oxu.az

10Mənbələr