AZ

Çadda prezident sarayına hücum edildi - Ölənlər var

Çadın paytaxtı Ndjamenada prezident sarayına silahlı hücum olub. 

"Unikal" AFP-yə istinadən xəbər verir ki, "Boko Haram" təşkilatı ilə əlaqəli olduğu iddia edilən 24 silahlı qrup prezident iqamətgahına daxil olub və atəş açmağa başlayıb.

Hücum zamanı prezident Mahamat İdriss Deby sarayda olub. Çadın İnfrastruktur naziri Əziz Mahamat Saleh bildirib ki, vəziyyət hakimiyyətin nəzarəti altındadır. Tezliklə iqamətgaha gedən yollar bağlanıb, hərbi texnika saraya cəlb olunub. 

Hücum nəticəsində 18 hücumçu və sarayın bir təhlükəsizlik işçisi ölüb. Daha 9 nəfər yaralanıb, onlardan altısı hücum edənlər arasındadır. 

Gülayə Mecid 

Seçilən
8
49
unikal.az

10Mənbələr