AZ

Yollarda yenə tıxac var

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.


Hal-hazırda yollardakı vəziyyət:


1. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;


2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;


5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;


6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;


7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


9. "20 Yanvar" dairəsində;


10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;


11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;


12. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

www.anews.az
Seçilən
2
49
anews.az

10Mənbələr