Bakıda yerləşən özəl xəstəxanalardan birində həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, “German Hospital”da əməliyyat zamanı doğum günü qeyd edilən xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyevanın bu addımına Səhiyyə Nazirliyi reaksiya verib.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.
Yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Müəllif: Teleqraf.com