Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
AzEdu.az qəzeti Qafqazinfo-ya istinadən xəbər verir ki, sökülən ərazidə ADA Universitetinin baş planı əsasında böyük layihə gerçəkləşdiriləcək.
ADA universitetinin kampusunda yerləşən və öncədən təməli qoyulan İtaliya-Azərbaycan Universiteti də burada fəaliyyət göstərəcək.
Şəhriyar parkında da yenidənqurma işləri aparılacaq. Parkın yay aylarında sakinlərin istifadəsinə veriləcəyi gözlənilir.
Layihədə 4 nömrəli şəhər poliklinikasının da tarixi binasının bərpası nəzərdə tutulub. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da Şəhriyar Parkına köçürülməsi təklif olunur.