Nəsimi rayonu, Rəşid Behbudov küçəsində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən yolda sıxlıq yaranıb.
Yol polisi tərəfindən ərazidə hərəkət tənzimlənir.