AZ

Bakıda həkim əməliyyat zamanı doğum gününü qeyd etdi. Onu hansı cəza gözləyir?

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Həkim bu barədə öz “Instagram” hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Səhiyyə Nazirliyi araşdırmaya başlayıb

Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.

Bildirilib ki, məsələ ciddi araşdırılacaq:

“Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək”.

Ləman Əliyeva görüntüləri paylaşdığı üçün peşmandır

Sözügedən görüntülərdə yer alan cərrah mama-ginekoloqu Ləman Əliyeva bildirib ki, hadisədən xəbəri yox idi. 

“Tibb bacıları otağa daxil olanda çaşıb qaldım. Çevrilib gördüm ki, mənə belə bir sürpriz ediblər. Mən vəziyyəti başa düşənə qədər müəyyən vaxt keçdi. Məni təbrik etmək üçün otağa daxil olanlar da hamısı əməliyyatda iştirak edən tibb bacılarıdır. Onlara mən nə deyə bilərdim ki?”

O qeyd edib ki, həmin görüntüləri paylaşdığı üçün peşmandır:

“Sadəcə o anda sevincli idik. Bunun mənfi reaksiya ilə qarşılanacağını düşünmədik”.

Həkimin sözlərinə görə, baş həkim və direktor onlara xəbərdarlıq edib.

 

Seçilən
6
13
buta.media

10Mənbələr