“Dəniz məhsullarının tərkibində gözlər üçün faydalı olan E vitamini var. Gözlərin sağlamlığı təkcə oftalmoloqun mütəmadi müayinəsindən deyil, həm də düzgün qidalanmadan asılıdır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu oftalmoloq-cərrah Kirill Svetlakov deyib.
Svetlakov bildirib ki, A, E və K vitaminləri, eləcə də B vitaminləri göz sağlamlığı üçün lazımdır və onları təkcə qida əlavələrindən deyil, həm də qidadan ala bilərik.
Məsələn, avokadonun tərkibində A və C vitaminləri, tam taxıl çörəyində B vitaminləri, dəniz məhsullarında isə omeqa-3 yağ turşuları və E vitamini var ki, bunlar da gözün tor qişasının və lensinin sağlamlığını qorumaq üçün faydalıdır. O, həmçinin E vitamini ilə zəngin olan qaragiləni daha tez-tez yeməyi təklif edib.
“Retinanı gücləndirən lutein avokado və ispanaqda olur, yerkökü isə bədəndə gecə görmə qabiliyyətinin parlaqlığına cavabdeh olan A vitamininə çevrilən çoxlu miqdarda beta-karotin ehtiva edir”, – Svetlakov bildirib.