Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
Məlumata görə, ixtisar ötən ay baş verib.
Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.
Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.oxu.az
Qeyd edək ki, 2015-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.