Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın”da etdiyi etirafla hər kəsi təəssübləndirib.
Medianews.az titul.az-a istinadla xəbər verir ki, xanım sənətçi müğənniliyə başlamazdan əvvəl illər öncə özünü falçı kimi sınadığını deyib. Xalq artisti həmin dövrdə yaşadığı evdə onu tanıyan qadınların falına baxaraq, onların etimadını, inamını qazandığın bildirib.
A.Kazımova həmin dövrdə insanların fala, falçıya çox inandığını görüb özünü falçı kimi sınayaraq qısa zaman xeyli “müştəri” toplamağı bacardığını sözlərinə əlavə edib. Sənətçi yaşadığı evin qapısında artıq onun qəbuluna düşmək üçün uzun növbələr yarandığını da etiraf edib.
Xalq artisti fal və falçılığın cahil əlamət olduğunu insanlara göstərmək üçün belə bir addım atdığını deyib.