AZ

Mərkəzi Bank "MET-AK"ı inzibati məsuliyyətə cəlb etdi

"MET-AK" MMC barəsində inzibati protokol tərtib edib.

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. 

Yanvarın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkət barəsində inzibati prokotolu Mərkəzi Bank tərtib edib. 

Abbas
 

Seçilən
1
21
hit.az

10Mənbələr