AZ

"Tais İKF" hansı qaydaları pozub?

Mərkəzi Bank "Tais İKF" şirkəti barəsində inzibati protokol tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Yanvarın 22-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Tais İKF" dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdən biridir. Şirkət 2023-2024-cü illərdə 4 iri məbləğli tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma predmetlərinin ümumi dəyəri 22 267 575,11 manatdır.

Hüseyn

Seçilən
16
25
valyuta.az

10Mənbələr