Los-Ancelesdə daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.
Modern.az-ın məlumatına görə, bu barədə vilayət rəhbərliyi məlumat verib. Bildirilib ki, daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.
Şəhərin yanğınsöndürmə rəisi Kristin Krouli bildirib ki, yanğın Los-Anceles tarixindəki ən qorxunc fəlakətlərdən biridir. Hazırda 180 min insan hələ də təxliyə əmri altındadır.
Yanğın 70 kvadratkilometrdən çox ərazini əhatə edib. Kristin Krouli əlavə edib ki, bölgədə küləyin zəifləməsinə baxmayaraq, qırmızı bayraq xəbərdarlığı (“red flag warning”) davam edir.
Milli Hava Xidməti xəbərdarlığın Los-Anceles və Ventura vilayətlərində cümə gününə qədər qüvvədə qalacağını proqnozlaşdırır. Malibuda 15 mindən çox insana qazın və isti suyun verilişi dayandırılıb. Yanğınlara görə, bölgədə qarət və soyğunçuluq edən 20 nəfər həbs edilib.