AZ

ABŞ-də 14 minə yaxın insan metapnevmovirusa yoluxub

Bakı, TurkicWorld

ABŞ-də on minlərlə insan yüksək infeksion xüsusiyyətə malik metapnevmovirusa (HMPV) yoluxub. Tənəffüs sinitsial virusu (RSV) qızılca kimi xəstəliklərlə eyni qrupa daxil olan yeni virus insan orqanizmində ciddi tənəffüs problemləri yarada bilir.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri nəzdində yaradılmış Milli Respirator və Bağırsaq Viruslarına Nəzarət Sistemi dekabrın 28-dən bəri 14 minə yaxın amerikalının HMPV virusuna yoluxduğunu bəyan edib.

Məlumata görə, virus yüksək yoluxuculuğa malikdir və iki yolla yayılır: birbaşa təmasla və ya çirklənmiş obyektlərə toxunmaqla.

Seçilən
0
1
turkic.world

2Mənbələr