AZ

ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər

Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.

"AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - o bildirib.

Məlumata görə, şirkət daha əvvəl dəymiş ziyanı 52-57 milyard dollar qiymətləndirib.

“AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.

Seçilən
0
3
far.az

5Mənbələr