AZ

Dumanda görünüş 500 metrədək məhdudlaşıb -FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən Naxçıvan, Culfa, Naftalan, Şəmkir, Yevlax, Kürdəmir, Cəfərxan, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
1
49
ikisahil.az

10Mənbələr