Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan barədə proqnozlar verilir.
Bu barədə “AccuWeather” xidməti məlumat yayıb.
Məlumatda Los-Ancelesə dəyən ziyanın və iqtisadi itkilərin 135-150 milyard dollar aralığında olacağını təxmin etdiklərini bildirib.
İndiyə olan məlumata görə, yanğınlar nəticəsində ən azı 10 nəfər ölüb.
Rəsmilərə görə, yanğın nəticəsində bu həftə 10 000-dən çox ev, bina və digər tikililər yanıb.
Saysız-hesabsız evlər külə çevrilməkdə davam edir. Alovlar 150 000-ə yaxın insanın təxliyəsinə səbəb olub.
Yanğınsöndürmə rəsmiləri yanğınların səbəblərini hələ bilmədiklərini, lakin fəal şəkildə araşdırma apardıqlarını deyirlər.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar onun indiyədək gördüyü ən pis yanğınlardan biridir. “Bu ərazilərə sanki atom bombası atılıb”.