AZ

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.

Apasport.az xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.

Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.

Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.

"Formula 1"in ən varlı pilotları bəlli olub

AMADA-nın təşkil etdiyi beynəlxalq müsabiqəyə yekun vurulub

İdmançılarımız beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar

Üzgüçülərimiz Estoniyada 22 medal qazanıb

AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib

Seçilən
2
5
apasport.az

7Mənbələr