AZ

“Azərlotereya” 2024-cü ildə 189 dəfə böyük uduş təqdim edib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” 2024-cü ildə çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.

Ötən il “Azərlotereya”nın ani və tirajlı lotereya, eləcə də “ePoz-Qazan” oyunları üzrə 189 dəfə 5000 manatdan böyük uduş qazanılıb. Onlardan 143-ü “Poz-Qazan”, 29-u tirajlı, 17 ədədi isə “ePoz-Qazan” oyunlarının payına düşüb.

2024-ci ilin ən böyük uduşları “Prestij”də qazanılıb. Nə az, nə çox düz 3 ədəd biletdə 500 000 manat udulub. Bu, “Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş hesab olunur.

Digər “Poz-Qazan” oyunlarına gəlincə, 5 ədəd biletdə 100 000, 2 biletdə 75 000, 17 biletdə 50 000, daha 17 biletdə 25 000, 72 ədəd biletdə 10 000, 27 biletdə isə 5 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.

2024-cü ilin bəxtəvər qalibləri sırasında Hüseyn Bünyatov, Emil Cəfərquliyev, Sahib Muxtarov, İlkin İsmayılov, Ramal Məmişov, Faiq Əsədullayev, Anar Səlimov, Xəqani Bayramov, Sahil Qarayev, Sərvin Məmmədov və digərləri olub.

Seçilən
1
12
publika.az

10Mənbələr